BCC Group MMC yeni istehsalat zavodunu açdı

Bazar təlabatından irəli gələrək,  eləcə də polad  kontrusiyalarına olan tələbatı ödəmək üçün BCC Group, istehsal gücünü  nəzərəçarpacaq dərəcədə artırır. Yeni  zavod  Bakı şəhəri Dərnəgül rayonunda artıq fəaliyətdə olan zavodun yanında inşa olunmuşdur.

Yeni zavod  ümumi qapalı  istehsalat sahəsini 5000 м² -ə qədər genişləndirir. Ümumi ərazi özündə  aşağıdakıları birləşdirir:

– anoloji ölçüdə fəaliyyətdə olan zavodu,
– qumlama sexi,
– rəngləmə sexi /örtük rəngləmə.

İstismara yeni zavod təhvil verməsi ilə əlaqədar, BCC Group istehsal həcmini iki dəfə artırıb və  beləliklə, müəsisənin ayda 600-800 ton polad konstruksiya istehsal etmək imkanı yaranıb.

“Bu yeni zavod müştərilərimizə müxtəlif növ metaldan hazırlanan məhsulların istehsalını təklif etmək imkanı verir. Biz mühəndis həllərini,  geniş  diapazonlu metal emal və müasir qaynaq texnologiyaları əsəsında təklif edirik. Bizim mühəndislərdən ibarət komandamız, qabaqcıl proqram təminatından  və ən müasir emal avadanlığından istifadə edirlər. Bu da öz növbəsində müştərilərə fərdi həllərin təklif olunmasına, ən çətin sənaye tətbiqetmələrində bəzilərində uzunmüddətli məhsul performansını yaxşılaşdıracaq özəlləştirilmiş həllər təklif etməyimizə imkan verir. ”

Yeni zavodun özünə aid yükqaldırması 40 ton ( 4 körpü kranı) və böyük zavod qapıları vardırki, bu da müəsisəyə  böyük metalik komponentlər istehsal və göndərmək  imkanını verir.

Məkan  şəhərin sənaye bölgəsində yerləşmişdir, əsas yollara əlverişli əlaqəsi var ki, bu da ölkədaxilinə və xaricinə yükdaşımalarının hərəkətini asanlaşdırır.

BCC Group müxtəlif tipli metalik kompanentlərin istehsalı ilə məşğul olur: bu əsəsən neft qaz aviasiya, hidrotexnika və digər nadir körpü tikintisi, kimyəvi emal müəsisələri, metal müəsisələri və s

Zavod istismara  2020 –ci ilin yay ayında təhvil verilmişdir.