• Dərnəgül şossesi, Küçə № 507, Blok 2098\Ofis 5
  • Tikinti sahəsində
    aparıcı şirkət
  • Sertifikatlarla
    təmin olunmuş
  • Tikinti sahəsində
    aparıcı şirkət
  • Sertifikatlarla
    təmin olunmuş

TƏCHİZAT

Ana Səhifə TƏCHİZAT

TƏCHİZAT VƏ İDARƏETMƏ

BCC Group 70-dən çox dünya brendini müxtəlif bazarlarda təmsil edən yüksək səviyyəli təchizatçı şirkətdir. Bizim tədarük zəncirini səmərəli şəkildə idarə etməyimiz şirkətinizin satınalma xərclərini azalda və illik qənaəti artıra bilər. BCC Group bütün xərc kateqoriyaları və satınalma metodlarında qənaət ediləcək vəsaiti müəyyənləşdirmək və həyata keçirmək üçün sizin komandanızla əməkdaşlıq edir. Əməkdaşlıq boyunca biz sizin üçün satınalma mənfəətlərini uzun müddət qoruyub saxlayacaq təşkilati imkanlar yaradırıq.
1997-ci ildən bəri biz Azərbaycan, Qazaxıstan, B.Ə.Ə., Rusiya, Gürcüstan və s. kimi müxtəlif ölkələrin çeşidli sənaye sahələrində əsaslı satınalma layihələri üzrə bir sıra şirkətlərlə əməkdaşlıq etmiş və onları təchiz etmişik.
Bizim səylərimiz, bilik və yanaşma tərzimiz təcrübəli alıcı qrupu ilə birgə vaxtınıza və pulunuza qənaət edəcək və sizin üçün ən yaxşı texniki üsulu müəyyənləşdirəcək.
Biz neft – qaz, dağ-mədən, inşaat və digər sənaye sahələrinə aid müxtəlif növ məhsullar tədarük etməklə dünyanın öndə gedən istehsalatçıları ilə işləyirik.
Biz Türkiyə, Çin, Rusiya, B.Ə.Ə. də daxil olmaqla dünyanın müxtəlif məntəqələrində satınalma ofisləri olan, beynəlxalq tədarük zəncirinə malik şirkətik.