Biz kimik?
“BCC Group” Azərbaycanda bina və tikinti xidmətləri göstərən podratçı şirkət olaraq 1997-ci ildə təsis edilmişdir. Hal-hazırda Xəzər bölgəsində və daha geniş ərazilərdə fəaliyyət göstərən bir sıra sürətlə inkişaf edən şirkətləri özündə birləşdirən genişmiqyaslı tikinti şirkətidir.
Bazar ehtiyaclarına uyğun olaraq, hazırda “BCC Group” müştərilərimizə aşağıdakı xidmətləri geniş təklif edən aparıcı podratçılardan biridir:
- Neft və qaz, neft-kimya, enerji, mülki və digər sahələrdə sənaye layihələri üçün mühəndislik, satınalma, tikinti xidmətləri;
- Polad istehsalı və metal konstruksiyaların və modul tipli binaların quraşdırılması;
- Müxtəlif növ sənaye avadanlıqlarına (mühərriklər, kompressorlar, nasoslar və s.) Servis və texniki xidmət
- Müxtəlif növ sənaye avadanlıqlarının tədarükü və təchizatı.