Layihə

“BCC Group” şirkəti “TotalEnergies” in “Absheron FFD” layihəsi üzrə tenderin qalibi olub

TotalEnergies Abşeron FFD layihəsi üzrə ilkin tikinti işləri paketi — Səngəçal, Azərbaycan.

Tarix 05.07.2026
Kateqoriya Layihə
Mənbə BCC Group
Status Yayımlanıb
Layihə

“BCC Group” şirkəti “TotalEnergies” in “Absheron FFD” layihə

BCC Group Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayan və Xəzər regionunun ən iri təbii qaz layihələrindən biri hesab olunan Abşeron yatağının tammiqyaslı işlənməsi (FFD) layihəsi çərçivəsində ilkin tikinti işləri paketini icra edir. Layihə ölkənin uzunmüddətli qaz hasilatı və ixrac potensialının artırılmasına xidmət edən strateji enerji təşəbbüslərindən biridir.

TotalEnergies EP Absheron B.V. tərəfindən həvalə edilmiş bu layihə gələcək Mərkəzi Emal Qurğusunun (CPF), Beach Valve Station (BVS) və digər daimi istehsal infrastrukturlarının tikintisi üçün zəruri olan bütün hazırlıq və infrastruktur işlərini əhatə edir.

İş həcminə iri miqyaslı torpaq və qazıntı işləri, konstruktiv dolğu qatlarının salınması, sahənin planlaşdırılması, müvəqqəti və daimi giriş yollarının tikintisi, yağış sularının idarə olunması sistemləri, mühəndis-kommunikasiya dəhlizləri, müvəqqəti tikinti düşərgələri və təhlükəsizlik hasarları daxildir.

Bu layihə BCC Group-un beynəlxalq enerji şirkətləri üçün iri həcmli mülki tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində malik olduğu yüksək mühəndislik potensialını nümayiş etdirir.