• Dərnəgül şossesi, Küçə № 507, Blok 2098\Ofis 5
  • +994 12 464 40 28
  • Tikinti sahəsində
    aparıcı şirkət
  • Sertifikatlarla
    təmin olunmuş
  • Tikinti sahəsində
    aparıcı şirkət
  • Sertifikatlarla
    təmin olunmuş

MÜHƏNDİSLİK

Ana Səhifə MÜHƏNDİSLİK

Struktur mühəndisliyi

“BCC Group”, neft, qaz, enerji, neft-kimya, mülki və digər sahələr üçün çoxsaylı mürəkkəb konstruksiyalar və sistem həllərini uğurla ərsəyə getirən və məsuliyyətli bir şirkət kimi tanınır. Bizim imkanlarımıza sənaye binalarının, anqarların, emal və toplu material anbarlarının və ofis obyektlərinin dizaynı daxildir. “BCC Group” su anbarları, nasos stansiyaları, kompressor və qazanxana, mexaniki otaqlar, keçidlər və müxtəlif ölçülü boru kəmərlərini layihələndirməyə qadirdir.

Müştərilərimizə müxtəlif sənaye struktur, qabaqcıl mürəkkəb materiallardan tikililərin dizaynı üçün mühəndislik xidmətləri, habelə struktur təmir dizayn xidmətləri təqdim edə bilərik.

 

Mülki mühəndislik

Dizayn, layihə rəhbərliyi, ərazinin hazırlanması, material təchizatı, icrası, quraşdırılması və istismara verilməsindən başlayaraq əsas layihələr üçün ixtisaslaşmış mülki mühəndislik sahəsinədək etibarlı tərəfdaşıq. Fəaliyyətlərə binalar və sənaye zavodları üçün tələb olunan bütün elektro-mexaniki qurğular, həmçinin yeraltı kabellərin quraşdırılması və boru işləri daxildir. Müxtəlif növ sənaye, yaşayış və ticarət binaları üçün mülki mühəndislik xidmətləri təqdim edirik.

Mülki mühəndisliyimizin bir hissəsi olaraq aşağıdakı xidmətləri göstərə bilərik:

  • Ərazinin topoqrafik planı
  • İşlənmə planının hazırlanması
  • Keyfiyyət təyinetmə proqramı və dizaynı
  • Ərazi seçimi və planın qurulması
  • İnşaat sxemi və işarələmə
  • İnşaat sxemi
  • Drenaj və çeşidləmə
  • Avto-dayanacağın layihələndirilməsi, Səki və lövhə örtüyünə nəzarət və işarələmə