• Dərnəgül şossesi, Küçə № 507, Blok 2098\Ofis 5
  • Tikinti sahəsində
    aparıcı şirkət
  • Sertifikatlarla
    təmin olunmuş
  • Tikinti sahəsində
    aparıcı şirkət
  • Sertifikatlarla
    təmin olunmuş

İNŞAAT

Ana Səhifə İNŞAAT

polad emali

Sənaye inşası

“BCC Group”, neft, qaz, enerji, dəniz, avioloji, mülki və digər sənaye obyektlərinin və qurğuların dizaynı, inşası, quraşdırılması və istismara verilməsində geniş təcrübəyə malikdir. Bundan əlavə ağır təməllərin, dəzgahların, boru və polad döşəmələrin və s. qurulmasında rekord göstəriciyə sahibik. “BCC Group”un su kanalları, estakada, bənd, körpülərin və s. inşası, yenidən qurulması sahəsində zəngin təcrübəyə malik olan hidrotexnika sahəsində böyük təcrübə qazandığını da vurğulamağa dəyər.

 

Polad emalı və metal konstruksiyaların qurulması:

“BCC Group” polad istehsalında bazar lideri olub, təbəqə, lövhə, konstruksiya və boru istehsalında ixtisaslaşmışdır. Biz Bakıda, Dərnəgül rayonunda yerləşən istehsalat müəssisəmizdə müasir qaynaq əyilmə, kəsmə avadanlığı və prosedurlarından istifadə edirik. Dəyərli müştərilərimiz siyahısında beynəlxalq neft və qaz şirkətləri, yerli tikinti şirkətləri, həmçinin enerji sektorundakı bazar liderləri var. Bu cür tələbkar müştərilərə xidmət etmək, bütün yüksək keyfiyyətli tələblərə cavab vermək məqsədilə beynəlxalq standartlara uyğun daim yenilənən, təkminləşmiş standartlar və prosedurlar hazırladıq.

İstehsalat imkanlarımıza plazma kəsmə, qazma, qaynaq və qeyri-destruktiv sınaq, qumtökme, astarçəkmə, boyama və s. daxildir. Zavodumuzda dirək, kanal, sütunların və digər müxtəlif metalların polad konstruksiya istehsalını uğurla yerinə yetiririk. Ötən illərdə polad platformalar, anqarlar, piyada keçidi yolları, bəzəkli talvar, estakadalar, polad konstruksiyalar və saxlanc çənləri istehsal etmişik. Eyni zamanda müştərilərimizi polad dayaqlar və metal təbəqələr ilə də təmin etmə imkanımız var.

Geniş metal istehsalı və quraşdırma təcrübəmiz inşaat imkanlarımızla yanaşı müxtəlif növ sənaye layihələri üçün müştərilərimizə inşaat, əlverişli həllər təklif etməyə inam verir.

 

Modul tipli binaların ilkin emalı və quraşdırılması:

İstehsalat imkanlarımız modul tipli binaların ilkin emalı, quraşdırılmasını və istismarını, o cümlədən ofşor modullar, konteynerlər, ofislər, anbarlar, müvəqqəti obyektlər və digər müxtəlif ictimai və icma obyektlərinin istehsalını əhatə edir. İstehsal və quraşdırma əvvəli əməliyyatlar ya öz istehsalat ərazimizde və ya müştəri tərəfindən təmin edilən hər hansı bir sahədə aparılır. Layihənin icrası prosesində, konstruksiyanın ekoloji və istismar şəraitinə xidmət etmək üçün poliüretan, qaya yunu, lif sement, sendviç panel və digər müasir tikinti materiallarından istifadə edirik.

 

İstehsal imkanlarımız, layihə tələblərindən asılı olaraq istənilən ölçüdə və mürəkkəblikdə konstruksiya hazırlamağa və qurlaşdırmağa imkan verir. İstehsal imkanlarımız ayda 400 tondan çox metal konstruksiyanı əhatə edir. Mövcud zavodun yanında yeni bir istehsal zavodunun tikintisi istehsal gücümüzü təxminən iki dəfəyədək artıracaqdır (800 ton/ay).

Yeni istehsalat zavodunun 2020-ci ilin üçüncü rübübde tamamlanması gözlənilir.