“Qərb” Elektrik stansiyası 1280 MW

Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncama uyğun olaraq Mingəçevir şəhərində “AzərEnerji” tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. 1280 meqavat gücündə tikiləcək bu generasiya mənbəyi müstəqillik dövründə tikiləcək ən böyük elektrik stansiya olacaqdır.

Yeni yaradılacaq stansiya italyan Ansaldo Energiya firmasının istehsalı olan hər biri 320 meqavat gücündə, toplamda 4 ədəd AE94.3A F tipi qaz turbinindən istifadə ediləcəkdir. Qaz turbinindən çıxan qaz tullantıları üçün çin şirkəti DongFang firmasının istehsal edəcəyi util qazanlardan istifadə olunacaq, çıxan buxar mövcud buxar turbinlərinə qoşularaq konbinə edilmiş dövrəli elektrik stansiyası yaradılacaqdır.

Tikinti işlərinin həyata keçirilməsi və inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqəndirilməsi BCC Group QSC-yə həvalə edildi.
22.12.2022 tarixində Azerenerji ASC və BCC Group QSC arasında işlərin görülməsinə aid müqavilə imzalandı. İmzalama mərasimində aidiyyəti qurumların nümayəndələri, Azerenerji ASC-nin rəsmiləri və BCC Group QSC-nin direktoru və mühəndisləri iştirak etdilər.